Masazırda “BMW” yandı - Ölən var

09:18 - 08 Dekabr 2025

Masazırda “BMW” yandı - Ölən var

Abşeron rayonu, Masazır qəsəbəsində avtomobil yanıb. 


Manset.az Report-a istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb.

Belə ki, “BMW” markalı minik avtomobili anidən alovlanıb. Nəqliyyat vasitəsinin içərisində olan 3 nəfər çıxarılaraq xəstəxanaya çatdırılıb.

Aparılan tibbi müdaxilələrə baxmayaraq, Qurbanəli Ağa oğlu Əlizadə həyatını itirib, digər 2 şəxsin müalicəsi isə xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az