Ağcabədidə avtomobil darvazaya çırpılıb.
Manset.az Trend-ə istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Ağcabədi şəhəri ərazisində baş verib.
Laçın rayon sakini 1996-cı il təvəllüdlü Bahadur Xanlarov "Mercedes" markalı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarındakı dəmir darvazaya çırpılıb.
Nəticədə sürücü B.Xanlarov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.