Könül Həmzəyeva saxlanıldı

21:54 - 11 Mart 2026

Könül Həmzəyeva saxlanıldı

“Beautytime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva saxlanılıb. 


Manset.az Unikal-a istinadən xəbər verir ki, Könül Həmzəyeva Xəzər rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Nərimanov rayonu ərazisində saxlanılıb. 

Xanım iş adamı külli miqdarda dələduzluqda ittiham olunur.

Bir neçə gün öncə K.Həmzəyeva istintaqdan qaçıb gizləndiyi üçün axtarışa verilmişdi. 

Qeyd edək ki, 1 ay əvvəl tanınmış influenser Fidan Zeyn və Azerina da K.Həmzəyevadan şikayət edib. Onlar Xətai Rayon Polis İdarəsinə müraciət edib və Könülün onların 150 min manatını mənimsədiyini bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az