logo
logo logo
logo

Qubada kişi ot biçən mişarla qonşusunun əlini kəsdi

22:53 - 09 Oktyabr 2026

Qubada kişi ot biçən mişarla qonşusunun əlini kəsdi

Qubada qonşuların mübahisəsi qanla bitib.


Manset.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Dağlı kəndində baş verib.

45 yaşlı Yusif Nəzərovla (şərti adla) bağ qonşusu olan Nəzakət (şərti adla) arasında mübahisə yaranıb. Mübahisə get-gedə böyüyüb və Yusif əlindəki ot biçən mişarla qadına hücum edərək, əlini kəsib.

Faktla bağlı cinayət işi başlanıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, bağ qonşusu olan Nəzakətlə əvvəllər münasibətləri normal olub. Sonradan torpaq üstündə onların arasında mübahisələr yaranıb. 2-3 dəqiqə davam edən sonuncu mübahisə zamanı otbiçən mişarla Nəzakətin əlinə xəsarət yetirib. Yusif Nəzərov zərərçəkənlə barışdığını bildirib.

Zərərçəkən qadın da həmçinin qonşusundan şikayətçi olmadığını deyib.

Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və Y. Nəzərov məsuliyyətdən azad edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az