Şəmkirdə 18 yaşlı oğlan bıçaqlanıb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, 2008-ci il təvəllüdlü Niyamədin Quliyev bıçaqlanıb.
İlkin məlumata görə, hadisəni onun qardaşı Xaləddin Quliyevin törətdiyi ehtimal olunur. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma başlanılıb.