logo
logo logo
logo

Qusarda çaqqal sakinlərə hücum etdi - Yaralılar var 

16:32 - 15 Oktyabr 2026

Qusarda çaqqal sakinlərə hücum etdi - Yaralılar var 

Qusar rayonunda çaqqal sakinlərə hücum edib.


Manset.az Report-a istinadən xəbər verir ki, rayonun İmamqulu kəndində günün müxtəlif saatlarında 2-si qadın, 1-i kişi olmaqla 3 nəfərə çaqqal hücum edib.

Yerli sakinlərin verdiyi məlumata görə, yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə aparılıb. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib, zəruri tibbi yardım göstərilib və quduzluq əleyhinə vaksin vurulub.

Yaralılar müalicə üçün evə buraxılıblar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az