Bakıda 70 yaşlı kişini avtomobil vurub.
Manset.az report-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Belə ki, 1952-ci il təvəllüdlü Rəsulzadə Rüfət Nəsir oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ pəncənin sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.