Dəhşətli hadisə: İti öldürüb traktoru ilə sürüdü - FOTO

15:30 - 01 Aprel 2022

Dəhşətli hadisə: İti öldürüb traktoru ilə sürüdü - FOTO

Türkiyənin Bursa şəhərində qandonduran hadisə baş verib.

 

Manset.az xəbər verir ki, İnegöl bölgəsində yaşayan Rauf Halil B. adlı şəxs toyuqlarına hücum etdiyi üçün ev tüfəngi ilə sahibsiz iti öldürüb. O daha sonra boğaz alan iti kənd təsərrufatında istifadə etdiyi nəqliyyat vasitəsinə bağlayaraq sürümüyə başlayıb. 

Rauf Halil B.-nin bu addımı qonşuları tərəfindən anbaan görüntülənib. Sosial şəbəkələrdə yayılan fotolarda Halilin itin cəsədini traktorla sürüməsi açıq-aşkar görünür. Baş verən hadisə haqqında hüquq-mühafizə orqanlarına xəbər verilib. Həbs olunan Rauf daha sonra ev dustaqlığına buraxılıb. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az