Bakıda baş verən partlayışda ölən şəxsin kimliyi məlum oldu

09:40 - 03 Aprel 2022

Bakıda baş verən partlayışda ölən şəxsin kimliyi məlum oldu

Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş verən partlayış zamanı ölən şəxsin kimliyi məlum olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, partlayış nəticəsində hazırda ölənlərin sayı 1 nəfərdir - gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova. 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almış, onlardan dördünün vəziyyəti çox ağır qiymətləndirilir. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin olunmaqla zəruri istintaq hərəkətləri davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcəkdir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az