Bakıda “Prius”la yarışan “07” qəza törətdi - ANBAAN VİDEO

14:52 - 06 Aprel 2022

Bakıda “Prius”la yarışan “07” qəza törətdi - ANBAAN VİDEO

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az oxu.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda, Ağ şəhər bulvarının yaxınlığında qeydə alınıb.

Belə ki, “Toyota Prius”la yarışan və avtoxuliqanlıq edən VAZ-2107 markalı avtomobilin sürücüsü qəfil idarəetməni itirib və qarşıda hərəkətdə olan VAZ-2121 markalı maşına çırpılıb.

Hadisə “Prius”da olan şəxslər tərəfindən lentə alınıb.

Həmin görüntüləri təqdim edirik:


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az