Bakı-Şamaxı yolunda ölümlə nəticələnən qəza olub.
Manset.az qafqazinfo-ya istinadən xəbər verir ki, magistralın Abşeron rayonundan keçən 31-ci kilometrliyində 10 NA 678 dövlət qeydiyyat nişanlı “Opel” ilə, 90 ME 152 nömrə nişanlı “Mercedes” toqquşub.
Hadisə nəticəsində “Opel”də olan 24 yaşlı oğlan aldığı xəsarətlərdən vəfat edib.
Faktla bağlı araşdırma aparılır.