Traktorla minik avtomobilinin TOQQUŞDU: Yaralananlar var

21:16 - 04 İyun 2022

Traktorla minik avtomobilinin TOQQUŞDU: Yaralananlar var

Salyanda yol qəzası baş verib, xəsarət alanlar var.

 

Manset.az "report”a istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının rayonun Şorsulu kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “QAZ-24” markalı avtomobil traktorla toqquşub.

İlkin məlumata görə, qəza nəticəsində iki nəfər xəsarət alıb.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az