Biləsuvarda "qəza yolu" kimi tanınan Biləsuvar-Bəhrəmtəpə magistralında bu gün ərzində ikinci avtomobil qəzası baş verib.
Manset.az xəbər verir ki, hadisə magistralın rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "VAZ-2107" markalı minik avtomobili ilə "Mercedes Benz" markalı minik avtomobili toqquşub.