Bakıda üç otaqlı ev yandı

09:26 - 08 Avqust 2021

Bakıda üç otaqlı ev yandı

Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 90 m² olan kürsülü birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 75 m² sahədə yanıb.

Manset.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az