Kəlbəcərdə "Niva" aşdı - 3 nəfər xəsarət aldı

23:38 - 14 Avqust 2021

Kəlbəcərdə \"Niva\" aşdı - 3 nəfər xəsarət aldı

Kəlbəcərdə yol-nəqliyyat hadisəsi baş verib.

Manset.az apa-ya istinadən xəbər verir ki, rayonun ərazisində hərəkətə olan “NİVA” markalı minik avtomobili idarəetməni itirib.Nəticədə minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan 3 nəfər müxtəlif bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, qəzaya düşənlər Kəlbəcərdə ermənilər tərəfindən dağıdılmış ərazidə işləməyə gedirlərmiş.

Faktla bağlı araşdırma aparılır.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az