Müdafiə Nazirliyi bir ilə yaxın komada olan və daha sonra vəfat edən gizir Əhmədov Mirzə Balaqardaş oğlu ilə bağlı məlumat yayıb.
Nazirlik Manset.az-a bildirib ki, gizir Əhmədov Mirzə Balaqardaş oğlu 2020-ci ilin avqust ayının 7-də xidmət zamanı aldığı xəsarət səbəbindən bir ildən artıq Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə olunub:
"Lakin həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və o, dünən vəfat edib. Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir."