Partlayışda xəsarət alan qadın 4 gün sonra xəstəxanada öldü

21:52 - 18 Avqust 2021

Partlayışda xəsarət alan qadın 4 gün sonra xəstəxanada öldü

Salyanda partlayış olub.

Manşet.az xəbər verir ki, avqustun 14-də qaz balonunun partlaması nəticəsində şəhər sakini, 1991-ci il təvəllüdlü Salmanova Lamiyə Əli qızı və oğlu, 2014-cü il təvəllüdlü Salmanov Qəmbər Ruslan oğlu yanıq xəsarətləri alıblar.Onların hər ikisi Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ananın vəziyyəti ağır olduğundan xəstəxananın reanimasiya şöbəsinə köçürülüb və daha sonra Bakıya, 5 saylı xəstəxanaya göndərilib.

Həkimlərin səyinə baxmayaraq qadın aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib.

Qeyd edək ki, Salyanda fərdi yaşayış evində partlayış avqustun 14-də baş vermişdi.APA


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az