Avtomobil ağaca çırpıldı- 2 qardaş yaralandı

23:21 - 18 Avqust 2021

Avtomobil ağaca çırpıldı- 2 qardaş yaralandı

Oğuz rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Manşet.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Qumlaq kəndi ərazisində qeydə alınıb.

Belə ki, Yevlax şəhər sakini 1997-ci il təvəllüdlü İbad Elçin oğlu İmanovun idarə etdiyi "VAZ-21015" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü və onun qardaşı, 1996-cı il təvəllüdlü Elzamin Elçin oğlu İmanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az