Kürdəmirdə yol qəzası olub, xəsarət alan var

22:16 - 25 Avqust 2021

Kürdəmirdə yol qəzası olub, xəsarət alan var

Kürdəmirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Manşet.az xəbər verir ki, hadisə Babək prospektində qeydə alınıb.

Belə ki, 31 yaşlı Əhmədzadə Şamo Pərviz oğlu həmin yolda motoskletlə hərəkətdə olarkən idarə etdiyi nəqliyyat vasitəsi “VAZ-2107” markalı avtomobilə çırpılıb. Hadisə zamanı motosikletin sürücüsü xəsarət alıb.

Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Fakt araşdırılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az