Şəmkirdə minik avtomobili mikroavtobusa çırpıldı - Xəsarət alanlar var

10:52 - 27 Avqust 2021

Şəmkirdə minik avtomobili mikroavtobusa çırpıldı - Xəsarət alanlar var

Şəmkir rayonunun Könüllü kəndində "Ford" markalı mikroavtobusla minik avtomobili toqquşub.

Manset.az xəbər verir ki, hadisə nəticəsində 4 nəfər xəsarət alıb.

Yaralılardan 1992-ci il təvəllüdlü Vüqar İsmayılov Mirzə oğlu və 1956-cı il təvəllüdlü Piriyeva Xalidə Məcid qızının xəsarəti daha ciddi olub və onlar Gəncə şəhərində yerləşən xəstəxanaya yerləşdiriliblər.

Digər yaralılar isə Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.(report)


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az