Şəmkir bazarında yanğın oldu

09:00 - 01 Sentyabr 2021

Şəmkir bazarında yanğın oldu

Şəmkir rayonunda bazarda yanğın hadisəsi baş verib.

Bu barədə Manset.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən bildiirlib.

Belə ki, rayonun bazarın ərazisində hər birinin sahəsi 5 m² olan taxta konstruksiyalardan ibarət 7 ədəd köşk və ümumi sahəsi 10 m² olan dəmir konstruksiyadan ibarət ət mağazasının içərisində əşyalar yanıb. Yaxınlıqdakı digər köşklər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az