Göygöldə avtomobil aşdı, sürücü öldü

19:19 - 01 Sentyabr 2021

Göygöldə avtomobil aşdı, sürücü öldü

Göygöl rayonunda ölümlə nəticələn yol qəzası baş verib.

Manşet.az xəbər verir ki, qəza Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Sürücü 1990-cı il təvəllüdlü Hüseynli Ayxan Arzu oğlu xəstəxanaya aparılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az