Azərbaycan Ordusunun əsgəri minaya düşüb.
Manset.az unikal.org-a istinadən xəbər verir ki, Tovuz rayonundan həqiqi hərbi xidmətə çağırılan, əsgər Nəbiyev Samir Sahib oğlu Xocavənd ərazisində piyada əlehinə minaya düşüb.
Sentyabrın 21-də Xocavənd rayonu istiqamətində hər hansı partlayış baş verməyib.
Bu barədə Manset.az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildiriblər.
Qeyd edilib ki, Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə ümumiyyətlə yayılan məlumatda qeyd olunduğu kimi Nəbiyev Samir Sahib oğlu adlı hərbi qulluqçu yoxdur. Bütün KİV-ləri və sosial şəbəkə istifadəçilərini yalan və rəsmi mənbələrdən dəqiqləşdirilməmiş məlumatlar yaymamağa çağırırıq.
***