Moskva ətrafında “Robinson R-44” vertolyotu qəzaya uğrayıb.
Manset.az RİA-Novostiyə istinadən xəbər verir ki, qəzaya uğrayan vetrolyot Moskva ətrafındakı Lıtarkinoda Turayevski şossesi yaxınlığında meşəyə düşüb.
FHN-nin Moskva vilayəti üzrə şöbəsinin məlumatına görə, vertolyotun göyərtəsində 3 nəfər olub və onların hamısı həlak olub.
Vertolyot təlim uçuşu həyata keçirirmiş.