"Baku Bus"ın avtobusu piyadanı vuraraq öldürdü

12:41 - 05 Oktyabr 2021

\"Baku Bus\"ın avtobusu piyadanı vuraraq öldürdü

Bakıda yol-nəqliyyat hadisəsi olub.

Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Belə ki, oktyabrın 4-də saat 19 radələrində Yasamal rayonu Kənar dairəvi yolda Neftçala rayon sakini N.Hüseynov idarə etdiyi “Baku Bus” MMC-yə məxsus “BMC” markalı xətt avtobusu ilə yolu keçən Şamaxı rayon sakini Qardaşəli Məmmədovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az