Cəlilabadda ev yanaraq kül oldu

21:24 - 08 Yanvar 2024

Cəlilabadda ev yanaraq kül oldu

Cəlilabadda ikiotaqlı ev yanaraq kül olub.

 

Manset.az-ın məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndində 1991-ci il təvəllüdlü Nəsirov Fikrətə məxsus ümumi sahəsi 90 kvadratmetr olan birmərtəbəli 2 otaqlı evdə qeydə alınıb.

Hadisə yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikası cəlb olunsa da, ev tamamilə yanaraq kül olub.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az