Respublika Perinatal Mərkəzində yanğın olub.
Manset.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə Xətai rayonu, Yusif Səfərov küçəsində qeydə alınıb.
Yanğınla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
***
Yanğını FHN-in yanğından mühafizə bölmələri söndürüb.
Əlavə məlumat veriləcək.
***
Manset.az APA-ya istinadən xəbər verir ki, hazırda xəstələr təxliyə edilir.
Həmin görüntüləri təqdim edirik:
***
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi də məlumat yayıb.
Bildirilib ki, hazırda polis əməkdaşları hadisə yerini mühafizə edirlər.
“Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı polis əməkdaşları dərhal hadisə yerinə səfərbər edilməklə təhlükəsizlik tədbirləri görülüb. Ərazi tam mühafizəyə götürülməklə polis əməkdaşları təxliyyə - xilasetmə tədbirlərində fəal iştirak ediblər”, - deyə məlumatda qeyd olunub.