Bakıda daha bir süpürgəçi qadını maşın vurdu

08:53 - 23 İyun 2021

Bakıda daha bir süpürgəçi qadını maşın vurdu

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

Manset.az xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində, Sabunçu bazarının yaxınlığında baş verib.

Yolu süpürən 1965-ci il təvəllüdlü Həsənova Gülgəz Rafael qızını avtomobil vurub. Hadisə zamanı ağır xəsarət alan qadın xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, yaralı Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşıdır.(apa)


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az