Bakıda şagirdlər arasında kütləvi dava - DİN-dən AÇIQLAMA

20:10 - 25 Yanvar 2024

Bakıda şagirdlər arasında kütləvi dava - DİN-dən AÇIQLAMA

Bakının Pirşağı qəsəbəsində bir qrup məktəbli arasında kütləvi dava olub.

 

Manset.az  xəbər verir ki, insident 188 saylı tam orta məktəbin şagirdləri arasında qeydə alınıb.

DİN Mətbuat Xidmətinin inspektoru, polis kapitanı Nurlan Əliyev Manset.az-a bildirib ki, dava olması barədə daxil olan müraciət əsasında ərazi üzrə polis orqanında təhqiqat araşdırması başlanılıb.

Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az