Sabirabadda toy karvanında qəza - 3 nəfər xəsarət aldı

20:38 - 27 Yanvar 2024

Sabirabadda toy karvanında qəza - 3 nəfər xəsarət aldı

Sabirabadda toy karvanında avtomobil qəzaya uğrayıb, bir ailənin 3 üzvü xəsarət alıb.

 

Manset.az Apa-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində baş verib.

Avtomobillərin toqquşması nəticəsində Bakı şəhər sakinləri - 2013-cü il təvəllüdlü Qasımlı Nihad Xalid oğlu, 2010-cu il təvəllüdlü Qasımlı Kazım Xalid oğlu və uşaqların nənəsi -1954-cü il təvəllüdlü Qasımova Cəmilə Musa qızı müxtəlif xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az