İmişlidən acı xəbər: 71 yaşlı kişi öldü

20:40 - 04 Fevral 2024

İmişlidən acı xəbər: 71 yaşlı kişi öldü

İmişlidə yol-nəqliyyat hadisəsi baş verib. "KamAz" markalı yük maşını tərəfindən vurulan piyada ölüb.

 

Manset.az xəbər verir ki, hadisə İmişli şəhər Ə.M.Həmidov küçəsində baş verib.

Eyvaz Ataşov idarə etdiyi "KamAz" markalı yük maşını ilə hərəkətdə olarkən İmişli rayonu Otuziki kənd sakini 1953-cü il təvəllüdlü Əhədov Nazim Xəmməd oğlunu vurub. Ağır xəsarətlər alan piyada ölüb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az