"Sabah"ın təsnifat mərhələsindəki oyununun vaxtı dəqiqləşdi

11:14 - 12 Sentyabr 2024

\"Sabah\"ın təsnifat mərhələsindəki oyununun vaxtı dəqiqləşdi

"Sabah" basketbol komandasının FIBA Çempionlar Liqasının təsnifat mərhələsindəki oyununun vaxtı dəqiqləşib.

 

Manset.az xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv sentyabrın 17-də meydana çıxacaq.

İsveçin "Norrçepinq Dolfins" klubu ilə 1/4 final matçı Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.

Qarşılaşma Türkiyənin Antalya şəhərindəki "Gloria Sports Arena"da təşkil olunacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az