"Hamıdan çox özüm özümdən qol gözləyirəm" - Mahir Emreli

08:47 - 11 Noyabr 2021

\"Hamıdan çox özüm özümdən qol gözləyirəm\" - Mahir Emreli

“Bütün xalqımızı Zəfər Günü münasibətilə təbrik edirəm".

 

Manset.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin üzvü Mahir Emreli DÇ-2022-nin seçmə mərhələsində Lüksemburqla sabah Bakı Olimpiya Stadionunda keçiriləcək oyun öncəsi mətbuat konfransında deyib.

24 yaşlı hücumçu doğma meydanda qələbə qazanmaq istədiklərini bildirib: “Yığmada qol vura bilməməyim məni narahat edir. Amma oyunlar belə gətirir. İnanın ki, hamıdan çox özüm özümdən qol gözləyirəm və ümid edirəm ki, sabah bu tilsimi qıracağam".

Qeyd edək ki, sabah keçiriləcək Azərbaycan - Lüksemburq matçı saat 21:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az