"Qalatasaray" Arda Turanla yeni müqavilə imzalayacaq

11:02 - 26 İyun 2021

\"Qalatasaray\" Arda Turanla yeni müqavilə imzalayacaq

Türkiyənin "Qalatasaray" klubu futbolçusu Arda Turanla müqavilənin müddətini uzadacaq.

Manset.az "Fanatik"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi 34 yaşlı yarımmüdafiəçi ilə anlaşıb.

"Sarı-qırmızılar" təcrübəli oyunçuya 1+1 illik sözləşmə təklif edib. Müqavilənin tezliklə imzalanacağı gözlənilir.

Qeyd edək ki, 2004 - 2011-ci illərdə "Qalatasaray"da çıxış etmiş Arda Turan 2020-ci ilin yayında İstanbul təmsilçisinə qayıdıb. O, karyerası ərzində İspaniyanın "Atletiko" (Madrid) və "Barselona" kimi klubların formasını geyinib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az