"Neftçi" - "Sabah" matçından sonra insident baş verdi

20:23 - 20 Noyabr 2021

\"Neftçi\" - \"Sabah\" matçından sonra insident baş verdi

Azərbaycan Premyer Liqasının XI turunun "Neftçi" - "Sabah" oyunundan sonra insident baş verib.

Manset.az-ın məlumatına görə, matçın final fitindən sonra meydana azarkeş daxil olub və "ağ-qaralar"ın hücumçusu Mirabdulla Abbasova hücum edib. Hadisəyə fanatların futbolçuları təhqir etməsi, Abbasovun isə onlara cavab qaytarması səbəb olub.

Tərəfləri çətinliklə sakitləşdiriblər. Bundan sonra isə azarkeşlər "İstefa, istefa!" şüarları səsləndiriblər.

Qeyd edək ki, qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az