Tələbə kimi gəldi - Ulduz kimi gedir 

10:23 - 23 İyun 2025

Tələbə kimi gəldi - Ulduz kimi gedir 

Türkiyənin TFF 1-ci Liqasında çıxış edən "İstanbulspor" klubunun futbolçusu Gaoussou Diarra karyerasında yeni mərhələyə qədəm qoyur.


Manset.az türk mediasına istinadən xəbər verir ki, 2023-cü ildə universitet təhsili üçün İstanbula gələn və burada futbol istedadı ilə diqqət çəkən 22 yaşlı malili cinah oyunçusu Hollandiya nəhəngi "Feyenoord"a transfer olunmaq üzrədir.

"Feyenoord" Diarra üçün "İstanbulspor"a 4,7 milyon avro ödəyəcək. Razılaşmaya zəmanətli bonuslar və futbolçunun gələcək transferindən 15 faiz pay da daxildir. Ümumilikdə, transferin dəyərinin təxminən 5 milyon avro təşkil etdiyi bildirilir. Tərəflər 5 illik müqavilə üzərində razılığa gəlib və sazişin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.

Bu transferlə Gaoussou Diarra "İstanbulspor" tarixində kluba ən çox transfer gəliri qazandıran futbolçu olacaq.

Qeyd edək ki, Diarra 2023/24 mövsümündə "İstanbulspor"un heyətində 37 oyuna çıxıb, 16 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az