Ronaldo ilə yeni müqavilə imzalanacaq

15:40 - 26 İyun 2025

Ronaldo ilə yeni müqavilə imzalanacaq

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu futbolçusu Kriştiano Ronaldo ilə yeni müqavilə imzalayacaq.


Manset.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

O, yeni sözləşmənin 2 illik olacağını bildirib. Həmçinin, Ronaldonun Səudiyyə Ərəbistanı Pro Liqasıda ən yküsək maaşlı futbolçu olacağı bildirilib. Onun yeni müqaviləyə əsasən maaşının nə qədər olacağı hələlik açıqlanmayıb.

Qeyd edək ki, 40 yaşlı futbolçu 2023-cü ildən “Əl-Nəsr”də oynayır. Portuqaliyalı hücumçu başa çatan mövsümdə komandasının heyətində 41 oyuna çıxaraq 35 qol vurub və 4 qolun ötürməsini edib. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az