Məşhur amerikalı aktyor Bred Pitt "İnter Mayami"nin hücumçusu Lionel Messi haqda danışıb.
Manset.az Goal.com-a istinadən xəbər verir ki, o, 38 yaşlı forvarda heyran olduğunu etiraf edib:
"Bəli, Messi heyrətamizdir! Mən onu sevirəm. Turist olsaydım, başqa bir ölkədən ABŞ-a Messini görməyə gedərdim. Əsas səhnədə - dünya çempionatına özünü göstərmək üçün ona çox vaxt lazım oldu. Sonra anladım ki, bəlkə də bu, Messinin son şansı idi".
Messi 2023-cü ildən "İnter Mayami"də çıxış edir. O, MLS-in cari mövsümündə 13 oyun keçirib, 10 qol vurub və 5 məhsuldar ötürmə verib.