"Real"dan futbolçularına 1 milyonluq MÜKAFAT

13:45 - 05 İyul 2025

\"Real\"dan futbolçularına 1 milyonluq MÜKAFAT

“Real” rəhbərliyi futbolçuların qarşısına hazırda keçirilən klublararası dünya çempionatını qazanmaq vəzifəsi qoyub.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, Madrid təmsilçisi bu turniri strateji yarış kimi qiymətləndirir və qələbə halında hər bir oyunçuya 1 milyon avro mükafat vəd edib. 

Bildirilir ki, bu, “kral klubu” rəhbərliyinin qısa müddətli turnir üçün təklif etdiyi ən yüksək mükafat məbləğidir. “Real” rəhbərliyi klublararası dünya çempionatını Çempionlar Liqasına bərabər səviyyəli turnir hesab edir.

Qeyd edək ki, hazırda Madrid klubu yarışın 1/4 final mərhələsinə yüksəlib və iyulun 5-də Dortmund “Borussiya”sı ilə qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az