İspaniya çempionatının 9-cu turunda "Barselona" klubu və "Jirona"nı qəbul edib.
Manset.az xəbər verir ki, gərgin keçən matç "Barselona"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Kataloniyalılar yalnız 90+3-cü dəqiqədə vurulan qol sayəsində üç xalı qazana biliblər.
Bu görüşdən sonra "Barselona" 22 xal toplayaraq turnir cədvəlində birinci yerə yüksəlib. "Jirona" altı xalla 18-ci yerdə qərarlaşıb.