"Beşiktaş"ın futbolçusu Orkun Kökçünün nənəsi 74 yaşında dünyasını dəyişib.
Manset.az-ın məlumatına görə, futbolçunun nənəsi Eşe Kökçünün Eskişəhərdə dəfn mərasimi keçirilib.
Eşe Kökçünün cənazəsi cənazə namazından sonra Eskişəhər Böyükşəhər Bələdiyyəsi Əsri qəbiristanlığında təşkil olunub.
Qeyd edək ki, Orkun Kökçünün qardaşı Ozan Can Kökçü Azərbaycan Milli Komandasında çıxış edir. O, Hollandiyanın "Volendam" klubunun üzvüdür.