"Fənərbaxça"nın "Bavariya"dan Leon Qoretska ilə maraqlandığı bildirilir. Transferlə bağlı son inkişaflar almanlar tərəfindən açıqlanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, "Bavariya"nın ulduz futbolçusu Leon Qoretska 8 mövsümdür ki, "Bavariya" komandasının formasını geyinir.
Ötən illər ərzində ardıcıl çıxışı ilə “qırmızı-ağ” azarkeşlərin könlünü fəth edən təcrübəli futbolçunun Almaniya klubu ilə mövsümün sonunda başa çatacaq müqaviləsi var.