""Atletik"ə məğlub olmaq istəmirdik" - Qurban Qurbanov

23:34 - 22 Oktyabr 2025

\"\"Atletik\"ə məğlub olmaq istəmirdik\" - Qurban Qurbanov

"Qarabağ" "Atletik"lə (Bilbao, İspaniya) matçda məğlub olmaq istəməyib.


Manset.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda "Atletik"ə qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis səfərdə məğlub olduqları qarşılaşmanı şərh edib:

"Rəqib komandanı qələbə münasibəti ilə təbrik edirəm. Cari mövsüm əsas mərhələdə ilk qələbələrini qazandılar. Oyun yaxşı alındı. Ən azı məğlub olmaq istəmirdik. Qarşılaşma boyunca şanslarımız var idi. Futbolçularım sona kimi mübarizə apardılar. Dünən oyundan əvvəl mətbuat konfransında dediyimiz sözlərin canlı şahidi olduq. Dinamik və sürətli komandaya qarşı çıxış etdik. Onlar sürətli tempi sona qədər qoruyub, saxladılar. Futbolçularımız üçün bu asan deyildi. "Atletik" hesabda 2:1 öndə olarkən daha çox riskə getdik və müdafiədə boşluqlar verməyə başladıq. Nəticədə üçüncü qolu qapımızda gördük. Əsas mərhələdə get-gedə rəqiblər daha da çətinləşir. və məsuliyyət böyüyür".

Qeyd edək ki, "Atletik" - "Qarabağ" matçı ev sahiblərinin 3:1 hesbalı qələbəsi ilə bitib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az