Ulduz futbolçu Lionel Messinin "İnter Mayami"dəki gələcəyi məlum olub.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, MLS təmsilçisi argentinalı hücumçunun müqaviləsini 2028-ci ilin iyun ayına qədər uzadıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 2023-cü ildən "İnter Mayami"də çıxış edən Messi klubla indiyədək 82 oyun keçirib və 71 qol vurub.