"Araz-Naxçıvan" "Sabah"la - "Zirə" "Sumqayıt"la üz-üzə gələcək

09:53 - 25 Oktyabr 2025

\"Araz-Naxçıvan\" \"Sabah\"la - \"Zirə\" \"Sumqayıt\"la üz-üzə gələcək

Misli Premyer Liqasında IX turun daha iki oyunu bu gün keçiriləcək.


Manset.az xəbər verir ki, günün ilk matçında "Araz-Naxçıvan" "Sabah"la üz-üzə gələcək.

Qarşılaşma saat 16:00-da start götürəcək. Naxçıvan təmsilçisi 15 xalla üçüncü, Bakı klubu 14 xalla dördüncü sıradadır.

Günün ikinci görüşündə "Zirə" "Sumqayıt"ı qəbul edəcək. Bu oyun saat 18:30-da başlayacaq. Meydan sahibləri 13 xalla altıncı, qonaqlar 14 xalla beşinci pillədə qərarlaşıb.

Misli Premyer Liqası

I dövrə, IX tur

25 oktyabr

16:00. "Araz-Naxçıvan" – "Sabah"

Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Rəhman İmami, Kamranbəy Rəhimov.

VAR: Rəvan Həmzəzadə.

AVAR: Cəmil Quliyev.

Hakim-inspektor: Şahin Cəfərov.

AFFA nümayəndəsi: Emin Cəfərov.

"Liv Bona Dea Arena"

18:30. "Zirə" – "Sumqayıt"

Hakimlər: Rauf Cabarov, Kamran Bayramov, Tərlan Talıbzadə, Əkbər Əhmədov.

VAR: Fərid Hacıyev.

AVAR: Namiq Hüseynov.

Hakim-inspektor: İmanxan Sultani.

AFFA nümayəndəsi: Elçin Mehtiyev.

Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, ötən gün "Turan Tovuz" "Karvan-Yevlax"ı (2:1), "İmişli" isə "Kəpəz"i (3:0) məğlub edib. Tura oktyabrın 26-da yekun vurulacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az