"Qarabağ"ın rəqibinin qapıçısı zədələndi

15:49 - 25 Oktyabr 2025

\"Qarabağ\"ın rəqibinin qapıçısı zədələndi

"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsində üz-üzə gələcəyi İtaliyanın "Napoli" klubunun qapıçısı Aleks Meret zədələnib.


Manset.az ANSA-ya istinadən xəbər verir ki, 28 yaşlı qolkiper məşq zamanı sağ ayağından xəsarət alıb.

İtaliyalı oyunçu təxminən bir ay yaşıl meydanlardan kənarda qalacaq.

Aleks Meret cari mövsüm Neapol təmsilçisinin heyətində dörd matçda meydana çıxıb. 2018-ci ildən komandada çıxış edən futbolçu 2022/2023 və 2024/2025 mövsümündə İtaliya çempionu olub.

Qeyd edək ki, "Qarabağ" "Napoli" ilə noyabrın 25-də İtaliyada üz-üzə gələcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az