"El Klasiko"nun qalibi bəlli oldu

22:20 - 26 Oktyabr 2025

\"El Klasiko\"nun qalibi bəlli oldu

İspaniya çempionatının X turunda "Real Madrid" "Barselona" ilə qarşılaşıb.


Manset.az xəbər verir ki, matç "Santyaqo Bernabeu"da baş tutub.

Görüş "kral klubu"nun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Madrid təmsilçisinin heyətində Kilian Mbappe və Cud Bellinqem fərqləniblər. Kataloniya klubunun yeganə qolunu Fermin Lopez vurub.

Hazırda "Real Madrid" 27 xalla turnir cədvəlinə başçılıq edir, "Barselona" isə 22 xalla 2-ci sıradadır. Növbəti turda "Real Madrid" noyabrın 1-də "Valensiya"nı qəbul edəcək, ertəsi gün isə "Barselona" öz meydanında "Elçe" ilə qarşılaşacaq.

Komandalar tarixdə 305-ci oyununu keçiriblər. "Real Madrid" 112, "Barselona" isə 129 dəfə qalib gəlib. Qarşılaşmaların 64-ü heç-heçə başa çatıb.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az