Okan Buruk Türkiyənin qələbəsindən danışdı

17:24 - 01 Aprel 2026

Okan Buruk Türkiyənin qələbəsindən danışdı

"Qalatasaray"ın baş məşqçisi Okan Buruk 24 il sonra Dünya Kubokuna vəsiqə qazanan milli komanda haqqında danışıb.



Manset.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, "Qalatasaray"ın prezidenti Dursun Özbek və baş məşqçi Okan Buruk iştirak etdikləri tədbirdə Türkiyə milli futbol komandasının Dünya Kubokuna getməsindən söz açıblar.

Okan Buruk, "24 il sonra yenidən Dünya Kubokundayıq. TFF-nin prezidenti, idarə heyəti, Vincenzo Montella və komandaya təbriklərimi çatdırıram. Çox önəmli bir nailiyyətdir. ABŞ-də daha yaxşı işlər görəcəklərindən əminəm. Gedib dəstək vermək çox önəmlidir. Təbii ki, orada olacağıq", - deyib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az