logo
logo logo
logo

DÇ-2026-da İngiltərə dünya üçüncüsü oldu

09:00 - 19 İyul 2026

DÇ-2026-da İngiltərə dünya üçüncüsü oldu

Bu gün 2026-cı il dünya çempionatında üçüncü yerin sahibi müəyyənləşib.


Manset.az Apasport.az-a istinadən xəbər verir ki, Fransa və İngiltərə milliləri bürünc medal üçün üz-üzə gəliblər.

    Qarşılaşma Bakı vaxtı ilə saat 01:00-da start götürüb.

    Oyun qolla başlayıb. 3-cü dəqiqədə Deklan Rays İngiltərə millisini hesabda önə keçirib: 1:0.

    18-ci dəqiqədə ingilislər hesabı 2:0 ediblər. Ezri Konsa başla dəqiq oynayıb.

    37-ci dəqiqədə Bukayo Saka İngiltərənin 3-cü qolunu vurub. "Arsenal"ın vingeri 46-cı dəqiqədə özünün ikinci, komandasının 4-cü qolunu vurub. İlk hissə 4:0 hesabıyla başa çatıb.

    İkinci hissənin əvvəlində Fransa fərqi azaldıb. 48-ci dəqiqədə Kilian Mbappe fərqlənib: 1:4

    54-cü dəqiqədə Barkola hesab arasındakı fərqi 2 topa endirib: 2:4.

    Mbappe 66-cı dəqiqədə fərqi minimuma endirib: 3:4.

    87-ci dəqiqədə Bukayo Saka het-trikini rəsmiləşdirib: 5:3.

    90+6-cı dəqiqədə matçda 9-cu top qapıdan keçib. Osman Dembele Fransanın 4-cü qolunu vurub.

    2 dəqiqə sonra İngiltərə matçda son nöqtəni qoyub. Cud Bellinqem hesabı 6:4 edib.

    Bu qələbədən sonra İngiltərə Dünya çempionatının bürünc medallarının sahibi olub.

    DÇ-2026
    3-cü yer matçı

    01:00. Fransa – İngiltərə 4:6

    Qol: D. Rays, 3, E.Konsa, 18, B. Saka, 37, 45+1, 87, K. Mbappe, 48, 66, B. Barkola, 54, O. Dembele, 90+6, Bellinqem, 90+8

    Fransa: Menyan, Gusto, Konate, Lakrua, Ernandes, Zair-Emeri, Rabio, Olise, Şerki, Due, Mbappe

    İngiltərə: Henderson, Spens, Guehi, Konsa, Kuansah, Rays, Reşford, Rocers, Eze, Saka, Toni


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az