Fransa təmsilçisi "Monako"nun futbolçusu Vanderson karyerasını İngiltərədə davam etdirə bilər.
Manset.az Report-a istinadən xəbər verir ki, "Arsenal" 25 yaşlı cinah müdafiəçisi ilə maraqlanır.
"Topçular" hazırda braziliyalı oyunçunun mümkün transferini nəzərdən keçirirlər.
Xatırladaq ki, Vanderson cari mövsüm Liqa 1-də 7 oyuna çıxıb. Onun klubla müqaviləsinin müddəti 2028-ci ilin yayınadək qüvvədədir.